“Milan”ın əsas yarımmüdafiəçilərindən olan Rikardo Montolivo zədələnib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, fubtolçu Seri A-nın son turundakı matçda əzələsini dartıb və o, komandasının Çempionlar Liqasının ilk turunda “Seltik”ə qarşı oynayacağı matçı buraxmalı olacaq.
Xatırladaq ki eyni səbəbdən komandanın əsas qol silahlarından olan Stefan Əl Şaravi də “Seltik”lə matçda meydanda olmayacaq.
