“Milan”a sadiqlik göstərir
26.04.2023 , 14:40

Portuqaliya millisinin və “Milan”ın futbolçusu Rafael Leau yayda komandasını dəyişmək istəmir.
Korner.az xəbər verir ki, hücumçu “Real” və “Çelsi”dən gələn təklifləri rədd edib. Futbolçu “Milan”ın yeni müqavilə təklifinə “hə” deyib. Buna görə də, qarşıdakı illərdə də Leaunu “Milan”da görəcəyik.
Qeyd edək ki, futbolçunun “Milan”la müqaviləsi 2024-cü ildə başa çatır.
