“Milan” Zlatanın oğlu ilə müqavilə imzaladı
19.07.2024 , 12:30

“Milan” Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviçlə peşəkar müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, gənc oyunçu növbəti mövsüm C Seriyasında mübarizə aparan “Milan Futuro”da çıxış edəcək.
Ötən mövsüm Gənclər Liqasında mübarizə aparan “Milan Primavera”da 29 matçda meydana çıxan İbrahimoviç 3 qollu performans göstərib.
