“Milan” yeni transferini rəsmiləşdirdi
03.02.2025 , 22:04

“Milan” heyətini yeni hücumçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Feyenord”dan Santiaqo Ximenesi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Milan təmsilçisi 23 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.
İtaliya nəhəngi meksikalı oyunçu üçün 32,5 milyon avrosundan keçib.
