“Milan” yeni transferini açıqladı
31.07.2024 , 21:56

“Milan” yeni transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, İtaliya nəhəngi “Zalsburq”dan müdafiəçi Strahinya Pavloviçi heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
