“Milan” yeni transfer üçün gün sayır
22.12.2025 , 17:30
Almaniya millisinin üzvü Niklas Fülkruq bu həftə “Milan”da tibbi müayinədən keçəcək.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, klub onunla icarə müqaviləsi bağlamağa hazırlaşır.
Bildirilir ki, hücumçu maaşının bir qədər azalmasına razılıq verib və “Vest Hem”ə qayıtmaq istəmir. Fülkruqun Milana bu axşam və ya çərşənbə axşamı səhəri gələcəyi gözlənilir.
Qeyd edək ki, bu mövsüm 9 oyunda meydana çıxan alman futbolçu qol vura bilməyib və ümumilikdə 413 dəqiqə oynayıb.