“Milan”ın yeni baş məşqçinin adı müəyyənləşib.
Korner.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, rəhbərlik klubub keçmiş futbolçusu Klarens Zeedorfla razılığa gəlib. 37 yaşlı oyunçu ilə iki illik müqavilə imzalanacağı bildirilib. Hollandiyalı Zeedorfun köməkçilərinin Hernan Krespo və Yaap Stam olacağı gözlənilir.
“Milan”ın yeni baş məşqçisinin adını yanvarın 16-i rəsmən açıqlanacaq.
Qeyd edək ki, K.Zeedorf 2002-2012-ci illərdə “Milan”ın şərəfini qoruyub. O, son olaraq “Botafoqa”da çıxış edib.
