“Milan” baş məşqçisi Sinişa Mixayloviçi istefaya göndərdiyini rəsmən açıqlayıb.
Korner.az-ın məlumatına görə, bu xəbəri klubun rəsmi saytı yayıb.
“Milan”ı mövsümün sonuna qədər gənclər komandasının baş məşqçisi Kristian Brokki çalışdıracaq.
Mixayloviç ötən yayda Milan təmsilçisinin baş məşqçi vəzifəsinə gətirilib. Onun komandası geridə qalan 32 turdan sonra 49 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
