“Milan” ulduz oyunçusunu göndərir
04.06.2024 , 22:30

“Milan”ın fransalı ulduzu Teo Hernandeslə bağlı yeni iddia ortaya ayılıb.
Korner.az xəbər verir ki, “Mançester Yunayted” İtaliya klubunda çıxış edən 26 yaşlı ulduz üçün 60 milyon avroluq təklif göndərib.
İddialara görə, “Milan”ın Ernandes üçün transfer gözləntisi 80 milyon avrodur.
Teo Hernandezin “Milan”la müqaviləsi 2026-cı ilə qədərdir.
“Milan”ın Hernandezlə yeni müqavilə imzalaması uzaq bir ehtimal olaraq görülür.
2019-cu ildən “Milan”da çıxış edən Teo Hernandes İtaliya təmsilçisi üçün 213 matçda 29 qol və 39 məhsuldar ötürmə edib.
