“Milan” ulduz oyunçunu transfer edir
11.06.2024 , 20:17

“Milan” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub “Yuventus”un futbolçusu Adrien Rabionu heyətinə qatmaq istəyir.
Futbolçu özü də bu keçidə müsbət baxır. Oyunçunun hazırkı müqaviləsi bu ayın sonunda bitəcək.
Milan rəhbərliyi futbolçuya 7,5 milyon avro maaş təklif etməyə hazırdır.
Mina Musayeva
