“Milan” ulduz futbolçusu ilə müqavilə yeniləyir
19.05.2023 , 13:30
“Milan” Rafael Leao ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Korner.az xəbər verir ki, klub gələn il müqaviləsi başa çatacaq futbolçunun sözləşməsini 4 illik uzadacaq.
Portuqaliyalı oyunçu bonuslar nəzərə alınmadan 5 milyon avro qazanacaq.
Ulduz futbolçu ilə klub arasında heç bir problem olmadığı və gələn həftə rəsmi açıqlama veriləcəyi bildirilib.
Rafael Leao bu mövsüm “Milan”ın heyətində ümumilikdə 45 rəsmi oyuna çıxıb, indiyədək komandasına 13 qol və 13 məhsuldar ötürmə verib.