“Milan” UEFA-dan şikayət etdi
25.12.2018 , 17:27

“Milan” UEFA-nın verdiyi cəzalara şikayətlə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Bu barədə İtaliya klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, “Milan” feyr-pley qaydalarını pozduğu üçün 12 milyon avro məbləğində cərimələnib. Həmçinin klubun avrokubok sifarişi məhdudlaşdırılıb və 2021-ci ilə qədər maliyyə feyr-pleyindəki çatışmazlıqları aradan qaldırmaq tapşırılıb. Əks təqdirdə, klubu daha ağır cəza gözləyir.
