A seriyasında elə də inamlı çıxış etməyən “Milan”ın baş məşqçi axtarışları davam edir.
Vinçentso Montellanı əvəzləyə biləcək növbəti məşqçi İsveçrə yığmasının çalışdırıcısı Vladimkit Petkoviçdi.
“Milan” rəhbərliyi təcrübəli mütəxəssislə artıq danışıqlara da başlayıb. İddialara görə, İsveçrə yığması DÇ-2018-dən kənarda qalsa, Petkoviç tezliklə “Qırmızı-qaralar”la anlaşa bilər.
