“Milan”ın baş məşqçi postuna növbəti namizədin adı bəlli olub.
Korner.az-ın məlumatına görə, “Monako”nun baş məşqçisi Leonardo Jardim yeni mövsümdən etibarən “Milan”ı çalışdıra bilər.
Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. İtaliya nəhəngi yaxın günlərdə taylandlı sahibinə qovuşacaq. Yeni rəhbərlik komandanı sıfırdan yaratmaq istəyir. Bu mənada ilk olaraq hazırkı baş məşqçi Filippo İnzaqinin istefaya göndəriləcəyi gözlənilir.
