“Milan” “Trabzonspor”dan futbolçu transfer edir
03.01.2024 , 23:10

“Trabzonspor”da çıxış edən Nikolas Pepe üçün yeni talib çıxıb.
Korner.az xəbər verir ki, “Milan”ın bu ay ərzində Pepe üçün hərəkətə keçəcəyi irəli sürülüb.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, klubun yaxın zamanda təcrübəli futbolçu üçün “Trabzonspor”la danışıqlar aparacağı qeyd edilib.
