“Milan” “Torino”dan futbolçu transfer edir
06.01.2025 , 18:00
“Milan” mövsümün ikinci yarısı üçün heyətini gücləndirəcək.
Korner.az xəbər verir ki, “rossonerilər” “Torino”nun oyunçusu Samuel Riccinin xidmətində maraqlıdır.
Bu barədə Fabrizio Romano məlumat yayıb.
Məlumatda, Turin təmsilçisinin hazırda 23 yaşlı futbolçunun keçidi üçün qarşı tərəflə danışıqlar apardığı qeyd olunub.