“Milan” Tomori ilə müqaviləni uzatdı
07.01.2026 , 20:33
İtaliyanın “Milan” klubu heyətində yer alan Fikayo Tomori ilə müqaviləni yeniləyib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında uzunmüddətli sözləşmə imzalanıb.
Bildirilir ki, yaxın günlərdə klub tərəfindən rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasından bir neçə komandanın maraq dairəsində olsa da, karyerasını “Milan”da davam etdirməyi seçib. Tomori 2021-ci ildən etibarən “rossoneri”nin şərəfini qoruyur.