Sabah İtaliya A Seriyasının növbəti turunda doğma meydanda “Yuventus”la üz-üzə gələcək “Milan” ciddi itki ilə üzləşib.
Korner.az-ın klubun rəsmi saytınaistinadən verdiyi məlumata görə, Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə matçda zədələnən Mario Balotelli bu qarşılaşmanı da buraxmalı olacaq.
23 yaşlı hücumçu komandanın son məşqində də hazırlığı yarımçıq qoyub. Bu səbəbdən o, “Yuventus”la oyun üçün heyətə daxil edilməyib.
Balotelli “Sampdoriya” ilə matçda da oynamamışdı.
