“Milan” serbiyalı oyunçunu göndərir
18.06.2025 , 17:30

“Milan” futbolçusu Luka Yoviçlə yollarını ayıracaq.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, İtaliya klubunun serbiyalı hücumçu ilə müqaviləni uzatmayacağı bildirilib.
27 yaşlı oyunçu azad agent kimi klubunu tərk edəcək.
