“Milan” “Real”ın futbolçusunu icarəyə götürdü
01.09.2020 , 17:43
“Real” hücumçusu Brahim Diası icarəyə verib.
Korner.az xəbər verir ki, 21 yaşlı futbolçu 2020/21 mövsümünü “Milan”da keçirəcək. Müqavilədə satın alma şərti yoxdur.
“Real” İspaniyanın U-21 millisinin üzvünü 2019-cu ilin yanvarında “Mançester Siti”dən 17 milyon avroya transfer edib.