İtaliyanın “Milan” klubu ulduz futbolçusu Kaka ilə rəsmi şəkildə yollarını ayırır.
Korner.az-ın məlumatına görə braziliyalı futbolçu ilə müqavilə qarşılıqlı olaraq ləğv olunub.
Ulduz futbolçunun doğma vətəninə qayıdaraq “Sao Paolo”da 6 ay forma geyinməsi gözlənilir.
Qeyd edək ki, Kaka keçən mövsüm “Milan”ın heyətində 9 qol və 8 asistə imza atmışdı.
