“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
İtaliya klubu “Sanderlend”in futbolçusu Fabio Borinini heyətinə cəlb edib. 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, İtaliya millisinin üzvü 2013-cü ildən “Sanderlend”də çıxış edir. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 82 matçda 14 qol vurub.
