“Milan” portuqaliyalı məşqçini göndərir
21.04.2025 , 12:00

“Milan”ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edə bilər.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, klub rərbərliyinin portuqaliyalı məşqçi ilə davam etmək istəmədiyi bildirilib.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2024-cü ilin dekabrından İtaliya komandasını çalışdırır.
