“Milan” onunla davam etməyə “hə” dedi
10.05.2023 , 22:35
“Milan” futbolçusu Rafael Leau ilə müqaviləni yeniləyəcək.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” bu mövsümki performansı ilə diqqət çəkən Rafael Leao ilə 5 illik müqaviləyə razılaşıb.
İtaliya mətbuatında yer alan xəbərə görə, futbolçunun yeni müqaviləsinə görə ildə 7 milyon avroya əlavə olaraq 2 milyon avro müvəffəqiyyət bonusu qazana biləcəyi iddia edildi.
Ulduz futbolçu bu mövsüm 44 oyunda 13 qol vurub, 13 məhsuldar ötürmə edib.