“Milan” onu satır
23.06.2025 , 11:36

“Milan” Alvaro Moratanı satmaq fikrindədir.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, ispaniyalı hücumçunun xidmətində “Komo”nun maraqlı olduğu iddia olunub.
İtaliya nəhəngi bu satışdan 15–18 milyon avro gəlir əldə edəcəyini gözləyir.
