“Milan” onu “Çelsi”yə qaytaracaq
19.03.2025 , 16:30

“Milan” hazırda komandada icarə əsasında çıxış edən Joao Felikslə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İtaliya klubu portuqaliyalı hücumçunu birdəfəlik almayacaq.
25 yaşlı futbolçu icarə müqaviləsinin müddəti bitdikdən sonra “Çelsi”yə qayıdacaq.
O, bu mövsüm “Milan”ın heyətində 10 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
