“Milan” onları göndərir
24.02.2025 , 21:30

“Milan” cari mövsümün sonunda heyətində dəyişiklik etmək qərarına gəlib.
Korner.az xəbər verir ki, İtaliya klubu 3 ulduz futbolçusunu satmaq fikrindədir.
Söhbət komandanın qapıçısı Mayk Menyandan, müdafiəçi Teo Ernandes və komandanın vingeri Rafael Leaudan gedir.
Fransalı qolkiper və Ernandesin Milan təmsilçisi ilə hazırkı müqavilələrinin müddəti 2026-cı ilin yayına kimi, Leaunun isə 2028-ci ilin yayına qədərdir.
