“Milan” onları göndərəcək
04.03.2025 , 21:15

“Milan”ın iki oyunçusu komandasından ayrıla bilər.
Korner.az xəbər verir ki, söhbət Teo Hernandes və Rafael Leaodan gedir.
İtaliya klubu həm müdafiəçi, həm də hücumçu ilə yayda yollarını ayırmaq istəyir.
Milan təmsilçisi Hernandeslə müqaviləni uzatmaq fikrində deyil, Leaonun isə klubunu dəyişəcəyi gözlənilir.
27 yaşlı Hernandesin dəyəri 50, 25 yaşlı Leaonun qiyməti isə 75 milyon avrodur.
