İtaliyanın məşhur “Milan” klubu Azərbaycan çempionu “Neftçi”yə məktub göndərib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi 7-ci dəfə ölkə çempionu olan “ağ-qaralar”ı təbrik edib.
Belə ki, "Milan"ın vitse-prezidenti Adriano Qallianinin imzası ilə "Neftçi"nın prezidenti Sadıq Sadıqova göndərilən məktubda da bu öz əksini tapıb: "A.C. Milan" ailəsi adından sizi 7-ci dəfə çempionluq titulu qazanmağınız münasibətilə təbrik edirik".
Qeyd edək ki, "Milan" ötən il də "Neftçi"yə çempionluq münasibəti ilə təbrik məktubu yollamışdı.
