“Milan” “Napoli”yə, “Real” “Çelsi”yə qalib gəldi
13.04.2023 , 01:00

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında “Milan” və “Napoli” komandaları üz-üzə gəlib. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Günün digər matçında “Real” “Çelsi” ilə qarşılaşıb. Bu görüşdə Madrid təmsilçisi 2:0 hesabı ilə qələbə qazabıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
12 aprel
23:00 Milan (İtaliya) – Napoli (İtaliya) – 1:0
Qol: Bennaser, 40
Qırmızı vərəqə: Anqissa, 75 (“Napoli”)
23:00 Real (İspaniya) – Çelsi (İngiltərə) – 2:0
Qollar: Benzema, 22, Asensio, 74
Qırmızı vərəqə: Çilluel, 59 (“Çelsi)
