“Mançester Yunayted”in futbolçusu Luiş Nani, “Milan” klubunun maraq dairəsinə düşüb.
Korner.az-ın Sky Sport Italia`ya istinadən verdiyi məlumata görə, 27 yaşlı portuqaliyalını “Yuventus” və “İnter” yanaşı “Milan” klubu da heyətinə cəlb etmək istəyir. “Rossenerlər”in artıq “qırmızı şeytanlar”a transfer təklifi göndərildiyi də bildirilir.
“Mançester Yunayted” Naninin transferindən 8 mln avro qazanmaq istəyir və bu “Milan”ın həmin mövqeyə transfer etmək istədiyi digər oyunçuların qiymətindən daha sərfəlidi.