İtaliyanın “Milan” klubu “Real”ın (Madrid) şərəfini qoruyan Alvaro Morata ilə razılaşıb.
Korner.az-ın məlumatına görə, ispan futbolçu “qırmızı-qaralılar”dan gələn təklifi qəbul edib.
Milan təmsilçisi oyunçuya illik 7.5 milyon avro ödəyəcək. Bildirilir ki, A Seria komandası hücumçunun transfer hüququnu almaq üçün “Real”a 60 milyon avro ödəyəcək.
Xatırladaq ki, Morata bu mövsüm “kral klubu”nun forması ilə 20 qol vurub. Lakin futbolçu La Liqada yalnızca 14 oyunda start heyətində meydana çıxıb.
