“Milan” Mayk Maynanla yeni müqavilə danışıqlarına başlayıb
12.11.2025 , 16:30
“Milan” qapıçısı Mayk Maynanla yollarını uzatmaq niyyətindədir.
Korner.az xəbər verir ki, klub 30 yaşlı fransız qolkiperlə yeni müqavilə üzrə danışıqlara start verib.
Hazırda Maynanın “Milan”la müqaviləsi 2026-cı ilin 30 iyununa qədər qüvvədədir. “Rossonyerlər” onunla daha iki illik yeni anlaşma imzalamağı planlaşdırır.
Fransa millisinin üzvü olan Maynan futbol karyerasına PSJ-də başlayıb. O, daha sonra “Lill” klubunda çıxış edib və 2021-ci ildə “Milan”a transfer olunub.