“Milan” Mauro İkardini transfer etməyi planlaşdırır
13.11.2025 , 22:15
İtaliyanın “Milan” klubu qış transfer pəncərəsi üçün hücum xəttini gücləndirmək məqsədilə hərəkətə keçib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, klub hazırda “Qalatasaray”da çıxış edən Mauro İkardini heyətinə qatmaq niyyətindədir.
Xəbərdə bildirilir ki, “rossonerilər” artıq futbolçunun agentləri ilə ilkin danışıqlara başlayıb. Argentinalı forvard isə A Seriyasına qayıtmaq ideyasına müsbət yanaşır.
İtaliya mətbuatının yazdığına görə, “Milan” həm İkardinin maaşını, həm də “Qalatasaray”ın maliyyə tələblərini nəzərdən keçirir. Klub onun təcrübəsini və liderlik bacarıqlarını gənc hücum xəttinə əlavə üstünlük kimi qiymətləndirir.
Qeyd edək ki, bu mövsüm İkardi “Qalatasaray”la bütün turnirlərdə 15 oyunda 6 qol vurub.