“Milan” “Mançester Siti”yə?
03.06.2025 , 18:15

“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
26 yaşlı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır.
Tərəflər arasında artıq danışıqlar yekunlaşmaq üzrədir.
O, bu mövsüm İtaliya klubunun heyətində 54 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
