Dünən İtaliya A seriasının ilk turunun növbəti oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, çempionata bu il vəsiqə qazanmış “Verona” doğma meydanda “Milan”ı qəbul edib.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada “Verona”nın təcrübəli futbolçusu Luka Toni dubl edərək komandasına qələbə qazandırıb. “Milan”ın yeganə qoluna Poli imza atıb.
