“Milan” heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi “Liverpul”da oynayan Susonu transfer edib. İspan hücumameyilli yarımmüdafiəçi ilə 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Suso ötən mövsüm “Almeriya”da icarə əsasında oynayıb.
