“Milan” koronavirus testinin nəticələrini açıqladı
21.05.2020 , 17:04

“Milan”ın futbolçu, məşqçi və işçi heyəti koronavirus testi verib.
Korner.az xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb.
Futbolçular sabah ikinci testdən keçəcək. Nəticələr mənfi çıxarsa, komanda mayın 22-dən məşqlərə başlaya biləcək.
