“Milan” ingiltərəli futbolçunu istəyir
01.08.2024 , 12:25

“Milan” ingiltərəli forvard Temmi Abrahamı transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, müqavilə ilə “Roma”ya məxsus futbolçu özü də “Milan”a keçməkdə maraqlıdı. Tərəflər arasında danışıqlar davam edir.
Çarpaz bağ zədəsi səbəbindən ötən mövsümün çox hissəsində “canavarlar”a kömək edə bilməyən Abrahamın “Roma”da xoşbəxt olmadığı bəlli olub.
