“Milan” klubu Zlatan İbrahimoviçə üç illik müqavilə təklif edib.
Korner.az-ın məlumatına görə, İsveçli hücumçu razılıq verəcəyi təqdirdə növbəti mövsümdən Milan təmsilçisində çıxış edəcək.
Klub futbolçuya ilinə 6 milyon avro təklif edib. İbrahimoviçin bu təklifə müsbət cavab verib-verməyəcəyi maraqla gözlənilir.
