“Milan” hücumçu axtarışında – Losano üçün son qiymət açıqlandı
25.12.2018 , 09:31

İtaliyanın “Milan” klubu heyətini gücləndirmək niyyətindədir. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Mənbədə bildirilir ki, “rossonerlər” PSV-də forma geyinən İrvinq Losanonu gtransfer etmək niyyətindədir. Hollandiya təmsilçisi hücumçuya görə 40 milyon avro tələb edir. “Milan” futbolçunun meneceri Mini Rayola ilə danışıqlara başlayıb.
İtalyanlar PSV ilə razılığa gəlsə, artıq yanvar ayında meksikalı hücumçu “Milan”ın şərəfini qoruyacaq.
