“Milan” hansı futbolçunu transfer edir?
24.01.2025 , 23:15

“Milan” rəhbərliyi yeni transfer üçün danışıqlar aparır.
Korner.az xəbər verir ki, İtaliya nəhəngi “Feyenoord”un hücumçusu Santyaqo Ximenez üçün hərəkətə keçib.
Klub meksikalı futbolçuya müddəti 2027-ci ilə qədər olan müqavilə təklif edəcək.
Yaxın zamanda 23 yaşlı forvard üçün rəsmi təklifin olunacağı gözlənilir.
