“Milan” gənc yarımmüdafiəçini heyətinə qatdı
03.02.2026 , 10:35
“Milan” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, “rossonerlər” “Verona”dan Alfadjo Sisseni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi üçün 8 milyon avro ödəniləcək. Müqavilədə 1,5 milyon avro bonus maddəsi də yer alır. Sisse yayda Milan klubuna qoşulacaq.
Gənc futbolçu mövsümün sonuna qədər icarə əsasında “Katandzaro”da çıxış edəcək. O, bu mövsüm B seriyasında 21 oyunda 6 qol və 1 assistlə yadda qalıb.