“Milan”ın fransalı futbolçusu M’Baye Nianq bundan sonra karyerasını ölkəsində davam etdirəcək.
Korner.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.
Belə ki, 19 yaşlı hücumçu “Monpelye” klubu ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, mövsüm sonuna qədər Fransa təmsilçisinin şərəfini qoruyacaq.
