“Milan” futbolçusunu icarəyə verdi
18.01.2021 , 18:25
“Milan” futbolçusu Andrea Kontini icarəyə verib.
Korner.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Parma”ya keçib.
O, mövsümün sonuna qədər bu klubun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Konti bu mövsüm “Milan”la 4 oyuna çıxıb.