“Milan” futbolçusu Antonio Noserino ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, 30 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
İtaliyalı yarımmüdafiəçinin karyerasını Amerikada davam etdirəcəyi gözlənilir. Kakanın da formasını geyindiyi “Orlando Siti”nin Noserino ilə yaxından maraqlandığı bildirilir.
