“Milan” futbolçusu ilə yolları ayırdı
10.10.2020 , 17:22

“Milan” futbolçusu Alen Haliloviçlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
Qeyd edək ki, Haliloviç 2018-ci ildən “Milan”da forma geyinirdi.
