“Milan” Fransada gənc istedad axtarışında
13.11.2025 , 18:41
“Milan” qış transfer dövrü üçün yeni hücumçu axtarışını davam etdirir.
Korner.az xəbər verir ki, A seriyası təmsilçisi “Renn” klubunun istedadlı futbolçusu Mohamed Kader Meyteni transfer siyahısına daxil edib.
İtaliya nəhəngi gənc oyunçunun çıxışını izləmək üçün Fransaya skautlar ezam edib.
18 yaşlı Meyte indiyədək “Renn”in heyətində 24 dəfə meydana çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə ilə fərqlənib. Cari mövsümdə isə o, 11 oyunda 2 dəfə rəqib qapılarını yoxlayıb.