“Milan” evdə məğlub oldu – Video
23.02.2026 , 11:00
İtaliya A Seriyasında 26-cı turun növbəti oyunu keçirilib.
Korner.az xəbər verir ki, “Milan” öz meydanında “Parma” ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahibləri üçün uğursuz alınıb. İtaliya nəhəngi rəqibinə minimal hesabla məğlub olublar – 0:1.
Matçın taleyini 80-ci dəqiqədə Troilonun vurduğu qol həll edib.
Hazırda “Milan” 26 turdan sonra 54 xalla turnir cədvəlində 2-ci sırada yer alır.
İtaliya A Seriyası
26-cı tur
“Milan” – “Parma” 0:1
Qol: Troilo, 80.