“ Milan ”dan son dəqiqə şousu – “Kremonese” səfərində 2 qol, 3 xal
02.03.2026 , 09:30
İtaliya A Seriyasında 27-ci turun qarşılaşmaları davam edir.
Korner.az xəbər verir ki, səfərdə “Kremonese”nin qonağı olan “Milan” oyunun son dəqiqələrində vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.
Matçın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşmaq üzrə olsa da, 90-cı dəqiqədə Strahinya Pavloviç hesabı açıb. Əlavə olunmuş dəqiqələrdə isə Rafael Leao fərqi artıraraq komandasının qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran “Milan” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Kremonese” isə 24 xalla 17-ci sıradadır.